Milli Məclisə seçkilərdə 18 yaşı tamam olan minlərlə gənc ilk dəfə səsvermə hüququndan istifadə edib.

Onların arısında Nurlan Əbdülrəhmanov da var. O, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 32 saylı seçki məntəqəsinə gələrək səs verib. 18 yaşı fevralın 9-da tamam olan Nurlan Əbdülrəhmanov üçün bu gün ikiqat secinc yaşayıb. İlk dəfə səs verən gənci məntəqə seçki komissiyasının üzvləri ad günü münasibəti ilə də təbrik ediblər

Ülkər Əkbərova da ilk dəfə səsvermədə iştirak edib. O, 46 saylı Şirvan seçki dairəsinin 15 saylı seçki məntəqəsinə gələrək istədiyi namizədə səs verib.

35 min 500 nəfər seçicisi olan 73 saylı Lənkəran seçki dairəsində də gənc seçicilərin sayı kifayət qədərdir. Belə ki, seçki dairəsi üzrə 185 nəfər ilk dəfə səs verib.

18 yaşlı Zəkəray Atakişiyev isə 62 saylı Saatlı seçki dairəsinin 5 saylı seçki məntəqəsində səs verib.

Röya Qarabağlı